Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının rəsmi saytı
QAYNAR XƏTT: (+994 12) 404 28 38
Azerice Türkçe русский English
  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

TƏCİLİ TİBBİ YARDIM XİDMƏTİ

Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Təcili tibbi yardım xidməti digər şöbələrlə bərabər 7 gün 24 saat ərzində əhalinin sağlamlığı keşiyindədir. Daxildə və xaricdə təhsil alan yüksək ixtisaslı tibbi heyət Azərbaycanın istənilən nöqtəsindən müraciət edən hər bir xəstəyə operativ şəkildə ilk tibbi yardım etməyə qadirdir, çağırış zamanı ehtiyac olduqda xəstəxananın aparıcı mütəxəssisləri ilə canlı telefon konsultasiyası yaranır.

Müsabiqə yolu ilə seçilən tibbi personal, daha sonra 2 aylıq xüsusi təlim kursu keçib, qeyd edək ki, həkimlərin əksəriyyəti xaricdə beynəlxalq təlimlərdə iştirak edib, həmçinin BLS, ATLS, ACLS, PHTLS treninqlərin sertifikatları ilə təltif olunublar. Bundan əlavə, Şöbənin tibbi heyəti xəstəxananın digər bölmələrində praktiki təcrübə keçiblər. Şöbədə həftənin 7 günü 24 saatlıq koordinasiya xidməti fəaliyyət göstərir və 903 nömrəsini yığdıqda Siz bizim tibbi təhsilli, bir neçə xarici dil bilən koordinatorla əlaqə saxlayırsınız. Təcili tibbi yardım xidməti şöbəsinə müraciət olunduqdan sonra, professional tibbi briqada (həkim, tibb bacısı, sürücü (paramedik)) qısa bir müddətdə xəstənin ünvanına çatır. Hər gün növbədə 7 tibbi  briqada çalışır.

MNX-nın Bakı və ətrafında 3 Təcili Tibbi Yardım bölməsi fəaliyyət göstərir. Hər bölmə öz növbəsində ən son tibbi avadanlıqlarla təchiz olunub, həmçinin Ambulans ilə təmin ediliblər.

Qəbul şöbəsi kiçik bir xəstəxana-ambulatoriya bənzəyir, burda ən müasir qərb istehsalı olan avadanlıqlar ilə təchiz olunmuş reanimasiya, travmatoloji yardım, kiçik cərrahiyyə, xəstələrin müayinə və müşahidə otaqları, hətta izolyator var. Təcili yardım vasitəsi ilə xəstə daxil olduqda şöbədə bütün növ ilk və təxirəsalınmaz tibbi yardım göstərilir, xəstənin vəziyyəti tam stabilləşən sonra şöbənin müşahidə otağına və yaxud digər bölmələrə keçirilir.

Ən son tibbi avadanlıqlar ilə təchiz edilən və ilkin yardımın dünya standartlarına uyğun olan – təcili çağırışlar üçün “Mercedes Sprinter”, “Ford”, planlı çağırışlar isə üçün “Volkswagen” markalı ambulans ehtiyacı olan hər kəsə tibbi xidmət göstərir. Bütün ambulanslar qərb istehsalı olan tibbi avadanlıq ilə təchiz olunub:

  • Dərmanlar və sarğı materialları
  • Defibrillyator və AT monitorinq aparatı (PRİMEDİC-GERMANY)
  • İmmobilizasiya vasitələri (Vakuum matras və şinlər, spinal board, scoop stretcher)
  • İlk tibbi yardım çantaları (Attucho, Weinmann- GERMANY)
  • Süni tənəffüs aparatı (SİARE-İTALY)
  • Sorma aparatı və oksigenterapiya (İTALY)
MNX-nın Təcili tibbi yardım xidməti nəyinki yerüstü, həmçinin hava yolu ilə Təcili və planlı tibbi təxliyə malikdir. Şöbənin xüsusi iş proseduraları və sənədləri var, bunun nəticəsində xəstəyə şöbəyə daxil olan zamandan və şöbəni tərk edənə kimi tam nəzarət olunur. Bizim xəstəxananın Türkiyə mütəxəssislər tərəfindən xüsusi informasiya bazası quraşdırılır, burda xəstələr barədə, onların müraciətləri və müalicəsi barədə tam məlumat almaq olar. MNX-nın Təcili tibbi yardım xidməti şöbəsinin servis göstərdiyi şirkətlər:
  • Bos Shelf
  • Saipem
  • McDermott caspian contractors
  • Hertel
  • Rapid Solutions
  • ESS-Azerbaijan
  • Bahar Energy
  • Atlantic Waste Solutions (AWS)
  • CDC
  • Schlumberger
  • SOCAR-Cape
 
Bizim məqsədimiz Sizin sağlamlığınızın  qayğısına qalmaqdır!
 
 
 

Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev