Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının rəsmi saytı
QAYNAR XƏTT: (+994 12) 404 28 38
Azerice Türkçe русский English
  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

ÜRƏK VƏ DAMAR XƏSTƏLİKLƏRİ ŞÖBƏSİ

Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Ürək və damar xəstəlikləri şöbəsi digər şöbələrlə bərabər 7 gün 24 saat əhalinin sağlamlığı keşiyindədir.

2005-ci ildən fəaliyyət göstərən Ürək və damar xəstəlikləri şöbəsi özündə Ümumi kardiologiya, İntervension kardiologiya və Ürək və damar cərrahiyyəsini birləşdirir.

Şöbə müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilib, burada elektrokardioqrafiya (EKQ), stress-EKQ test, rəngli Doppler exokardioqrafiya, stress-exokardioqrafiya, transezofaqeal exokardioqrafiya, koronar və periferik angioqrafiya, kontrastsız və kontrastlı kompüter tomoqrafiya, ürək boşluqlarının kateterizasiyası kimi müayinələr aparıcı firmaların (Almaniyanın  Siemens, Shiller, İtaliyanın Cardioline, Niderlandiyanın Philips, Amerikanın Medtronic) cihazları vasitəsilə ixtisaslı həkimlər kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə edilər. Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə sxemi təyin edilir.

İntervension kardiologiya bölməsində artıq 25000-dək koronar və periferik angioqrafiya müayinələri, həmçinin anadangəlmə və qazanılmış ürək qüsurlarında ürək boşluqlarının kateterizasiyası müayinələri aparılıb. Təcili yardım xidmətinə infarkt keçirmiş xəstələr müraciət etdikdə birbaşa olaraq müdaxilə edilib, tıxalı damarın açılması təmin edilir.

24 saat fəaliyyət göstərən Angioqrafiya laboratoriyasında həmçinin koronar angioplastika, balon angioplastika, damardakı dar olan bölgədə  balonun şişirilməsi və darlığın genişləndirilməsi əməliyyatı, tıxalı damara dərmansız və dərmanlı stentin qoyulması, müvəqqəti və daimi kardio­stimulyatorların implantasiyası kimi müalicəvi proseduralar müvəffəqiyyətlə həyata keçirilir.

Ürək və damar cərrahiyyəsi bölməsinin daxildə və xaricdə təhsil alan yüksək ixtisaslı həkimləri dünya standartlarına cavab verən ən müasir tibbi avadanlıq və cihazlarla təchiz edilmiş MNX-nın əməliyyatxanalarında bu günə kimi 7000-dən artıq açıq ürək əməliyyatları uğurla həyata keçirib.

Ürək-damar xəstəlikləri əsasən bu başlıqlar kimi təsnif edilə bilər:
  1. Anadangəlmə ürək qüsurları
  2. Qazanılmış ürək qüsurları
  3. Ürəyin işemik xəstəliyi və ürəyin digər xəstəlikləri
  4. Aorta və digər arteriyaların xəstəlikləri
  5. Venoz damar patologiyaları
  1. Anadangəlmə ürək qüsurları bətndaxili inkişaf mərhələsində müxtəlif səbəblərdən əmələ gələn inkişaf pozğunluqlarıdır. Xalq arasında "ürəyi dəlik uşaq" olaraq bilinən anadangəlmə ürək xəstəliklərinin yüzlərlə müxtəlif forması vardır. Bu pozğunluqlar, ürəyin qulaqcıqlar  və ya mədəciklərarası divarın defekti (dəliyi), ürəyə gələn və ya ürəkdən çıxan damarlardakı anomaliyalar, ürək qapaqlarında darlıq və ya çatmamazlığa səbəb olan anomaliyalar, tac damarlardakı anomaliyalar, mədəcik və ya qulaqcıqların inkişaf pozğunluqları və ya yuxarıda saydığımız qüsurlardan bir neçəsinin bir yerdə olduğu ürək inkişaf pozğunluqları şəklində ola bilər. Bu xəstəliklərin bəziləri yüngül, bəziləri orta dərəcədə, bəziləri isə çox ağır və mürəkkəb ola bilər. Bu qüsurlar açıq ürək əməliyyatı vasitəsilə aradan qaldırılır.
  2. Qazanılmış ürək qüsurları anadangəlmə olmayan, sonradan qazanılan ürək xəstəlikləridir. Bu xəstəliklər arasında ən çox rast gəlinən qapaq xəstəlikləridir. Ürək içində olan və qanın axış istiqamətini təyin edən 4 qapaq mövcuddur. Bunlar aortal, mitral, tricuspid və pulmonar qapaq adlanılar.  Zamanla və müxtəlif səbəblərə görə (revmatizm, yaşa bağlı kirəcləşmə, infeksiyalar və travma nəticəsində zədələnmə) qapaqların funksiyası pozulur. Qapaqlarda daralmalar və ya çatışmazlıqlar əmələ gəlir. Ən çox zədələnən aortal və mitral qapaqlardır. Belə hallarda funksiyasını icra edə bilməyən qapaqlar ya təmir olunur və ya “süni ürək qapağı”  ilə dəyişdirilir. Ürək qapaqları mexaniki və ya bioloji qapaqla (protezlə) əvəz olunur. Mexaniki qapaq daha dayanıqlıdır, ancaq ömür boyu qan durulducu dərman istifadəsini tələb edir. Bioloji qapaq isə daha qısa ömürlüdür (10-15 il) ancaq qan durulducu dərman istifadəsi tələb etmir.
  3. Ürəyin işemik xəstəliyi və ya koronar  ürək xəstəliyi, ən çox rast gəlinən ürək xəstəliyidir. Ürəyi qidalandıran tac damarlardakı daralma və tıxanmalara özünü biruzə verən ürəyin işemik xəstəliyi ölümə ən çox səbəb olan xəstəliklərdən biridir.  Ürəyin tac damarlardakı daralma və tıxanmalar angioplastika – dərmanlı və dərmansız stent (PTCA) və aorta-koronar şuntlanma əməliyyatı ilə aradan qaldırılır. Ürəyi qidalandıran damarlardakı daralmanın müalicəsi məqsədi ilə, ürəkdən çıxan ana arteriya (aorta) və ürəyin öz damarlardakı (tac arteriyalar) daralma yerindən daha aşağı hissəsi arasında damar körpüləri yaratma əməliyyatı “aorta-koronar şuntlanma əməliyyatı” adlandırılır. Bu əməliyyat da qapaq əməliyyatında olduğu kimi açıq ürək əməliyyatı tələb edir.
  4. Aorta və digər arteriyaların xəstəlikləri. Arteriyalar ürəkdən çıxan təmiz qanı orqanlara çatdırmaq kimi vacib funksiyanı yerinə yetirdiklərinə görə, onlarda baş verən dəyişiklik və ya zədələnmə, orqanların uzunmüddətli “işemiyasına” (oksigensiz qalmasına) və bunun nəticəsində orqanların həyati qabiliyyətini itirməsinə səbəb olur.  Aorta və digər arteriyaların xəstəliyi anadangəlmə və ya qazanılmış ola bilər. Aorta anevrizması və aorta disseksiyası. Ürəkdən çıxan ən böyük damar olan aortanın, uzun müddət yüksək təzyiqə məruz qalması nəticəsində daxili divarından başlayaraq soyulmasına “aorta diseksiyası” və bunun nəticəsində aorta divarında əmələ gələn “torba” şəklindəki törəməyə “anevrizma” adı verilir. Anevrizmanın diametri 5,5 - 6 sm çatdıqda “yırtılma” riski olduqca yüksəkdir. Anevrizmanın yırtılması isə son dərəcə həyati təhlükə daşıyan bir vəziyyətdir. Aorta damarındakı anevrizmanın yerinə görə, kliniki şəkil fərqli olur. Xəstəyə dərhal düzgün diaqnoz qoyulub, təcili əməliyyat aparılmalı və anevrizmalı aorta, süni damar protezi ilə əvəz olunmalıdır. 
  5. Damar Cərrahiyyəsi sahəsində göstərilən tibbi xidmətlər:
  • Torakal və abdominal aorta anevrizmaları zamanı anevrizmektomiya.
  • Aorta-bifemoral şuntlanması, periferik arteriyaların şuntlanması (femoro-popliteal beypast). Periferik arteriyaların endarterektomiyası, trombembolektomiyası.
  • Anadangəlmə angiodisplaziyaların cərrahi korreksiyası.
  • Karotid endarterektomiya, arterioplastika.
  • Damar-sinir-vətər  zədələmələri zamanı anatomik strukturların bərpası.
  • Fleboloji əməliyyatlar: flebektomiya, Linton əməliyyatı.
  • Hemodializ xəstələrinə arterio-venoz fistulaların qoyulması.
  • Venoz port taxılması, qalıcı dializ kateterin taxılması.
  • Psevdoanevrizmanın ləğvi.
  • Skleroterapiya.
 
Bizim məqsədimiz Sizin sağlamlığınızın  qayğısına qalmaqdır!


Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev