Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının rəsmi saytı
QAYNAR XƏTT: (+994 12) 404 28 38
Azerice Türkçe русский English
  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Xəbərlər
  • Təqaüdçü kimyaçıların gözlərinə nur verilib
Təqaüdçü kimyaçıların gözlərinə nur verilib
“Azərikimya” İstehsalat Birliyinin (İB) təşəbbüsü ilə keçirilən növbəti tibbi-xeyriyyə aksiyası göz əməliyyatına ehtiyacı olan bir qrup ahıl və imkansız şəhər sakininə sevinc bəxş edib. Aksiya şəhərin müxtəlif mikrorayonlarının ahıl və imkansız sakinlərinin katarakta xəstəliyinə görə görmə qabiliyyətləri xeyli zəifləmiş təqaüdçü kimyaçıların “Azərikimya” İstehsalat Birliyinə ünvanladıqları müraciət əsasında həyata keçirilib.

Əməliyyatdan bir gün öncə - aprelin 28-də “Azərikimya” İB-nin rəhbərliyi pasiyentlərlə və əməliyyatlara hazırlıq işlərini həyata keçirən “Kimyaçı” poliklinikasının həkim və tibb personalı ilə görüşüb, əməliyyata hazırlığın vəziyyəti ilə maraqlanıb, ölkə rəhbərliyinin əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğının təzahürü olan bu aksiyaların vaxtaşırı və təmənnasız olaraq keçiriləcəyini bildirib və xəstələrə şəfa arzulayıb.

Aprelin 29-da isə 6 nəfər Mərkəzi Neftçilər Xəstəxanasının təcrübəli cərrah-oftalmoloqlar tərəfindən əməliyyat olunmuş, bununla da xəstələr onları narahat edən kataraktadan birdəfəlik xilas olunub.

Gün ərzində həyata keçirilmiş əməliyyatların hər biri uğurla başa çatmış, pasiyentlər lazımi tibbi xidmət göstərildikdən xüsusi müşayiətlə evlərinə yola salınıb.

Əməliyyat olunan xəstələrin doğmaları göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, Səhiyyə Nazirliyinə və SOCAR rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev