Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının rəsmi saytı
QAYNAR XƏTT: (+994 12) 404 28 38
Azerice Türkçe русский English
  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Xəbərlər
  • "Uşaqların ürəyi Qarabağda döyünür!"
"Uşaqların ürəyi Qarabağda döyünür!"
Uşaqların sağlamlığı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əsas prioritet istiqamətlərindən birini və vacibini təşkil edir. Uşaqların sağlam gələcəyini təmin etmək məqsədi ilə müxtəlif  layihələr hazırlanır, yüksək səviyyəli aksiyalar təşkil olunur. Belə aksiyalardan biri də bu günlərdə cəbhəyanı bölgəmiz olan Fizuli rayonun Diaqnostika Mərkəzində icra olunur.

Belə ki, invaziv kardiologiya və ürək-damar xəstəlikləri sahəsində tanınmış mütəxəssisləri millət vəkili, ürək-damar cərrahı, Tibb üzrə Elmlər Doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Dr. Rəşad Mahmudov və nümayəndə heyəti gün ərzində "Uşaqların ürəyi Qarabağda döyünür" şüarı altında 1-10 yaşlı uşaqlarda təmənnasız anadangəlmə ürək qüsurları əməliyyatları icra ediblər.

Əməliyyatlardan sonra Füzuli rayonunun Böyük Bəhmənli kəndində “II Anadangəlmə ürək qüsurlarında yeniliklər” mövzusunda konfrans keçirilib. 

Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev