Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının rəsmi saytı
QAYNAR XƏTT: (+994 12) 404 28 38
Azerice Türkçe русский English
  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Xəbərlər
  • Biz “Formula 1” yarışlarına hazırıq
Biz “Formula 1” yarışlarına hazırıq
Azərbaycanda “Avropa Qran Pri Bakı” (Formula 1, Grand Prix of Europe) adı altında “Formula-1” yarışlarına hazırlıq məqsədilə Səhiyyə Nazirliyinin (SN) tapşırığı ilə SN Mərkəzi Neftçilər Xəstəxanası (MNX) da öz növbəsində öhdəliklərini yerini yetirir.

Belə ki, bir neçə ay davam edən hazırlıq mərhələsi artıq başa çatmaq üzrədir. “Beynəlxalq Avtomobil Federasiyasının tələblərinə əsasən Formula 1 Bakı "Grand Prix" ilə əlaqədar MNX-da Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin nəzdində tibbin ən son avadanlıqlarla təchiz edilmiş xüsusi şəraitli palata yaradılıb. Palatada Türkiyə və Qərb istehsallı olan müvafiq avadanlıqlar, yara səthinin soyudulması üçün nəzərdə tutulan aparat quraşdırılıb. Həmçinin MNX-nın digər müvafiq şöbələrin palatalarında hazırlıq işləri tamamlanıb.

Qeyd edək ki, MNX-n Təcili tibbi yardım xidmətin (TTYX) 10 həkim və 10 tibb bacısı Amerika Ürək Assosiasiyası (AHA) tərəfindən təşkil edilmiş xüsusi tibbi təlimlərdə iştirak edib və sertifikatlarla təltif ediliblər. Keçiriləcək yarışlarla əlaqədar MNX-n Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin iki həkim-reanimotoloqu və iki tibb bacısı Türkiyənin Ankara şəhərində yerləşən yanıq mərkəzində təlim keçiblər. Həmçinin MNX-da SN tərəfindən dəvət olunmuş Türkiyənin Yanıq Mərkəzinin professoru doktor Ahmet Çinar Yastı həkim heyəti və 103 təcili yardım xidməti üçün xüsusi seminar və məşğələlər keçirib, təcili hallarda koordinasiya, ixtisaslaşdırılmış ilk yardım sistemi hazırlayıb. Eyni zamanda “Avropa Qran Pri Bakı” yarışlarla bağlı MNX-n cərrah, neyro-cərrah, travmatoloq, torokal, plastik cərrahlar, həmçinin orta tibbi personal hazırlıq təlimlərdən keçirlər.

Hazırda yarışlar vaxtı baş verə biləcək hadisələr zamanı Təcili tibbi yardım xidmətinin necə yardım göstərilməsi üzrə təlim məşğələlər aparılır. SN MNX-da “Alarm” mərkəzi yaradılıb və cavabdeh şəxslər təyin edilib. MNX-da TTYX şöbəsinin müdiri Raud Əsədov cavabdeh şəxs kimi təyin edilib.



Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev