Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının rəsmi saytı
QAYNAR XƏTT: (+994 12) 404 28 38
Azerice Türkçe русский English
  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Xəbərlər
  • MNX-n Otorinolarinqologiya şöbəsinin növbəti uğuru
MNX-n Otorinolarinqologiya şöbəsinin növbəti uğuru
Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) növbəti uğurlu və tibbin ən son üsullarını tətbiq etməklə cərrahiyyə əməliyyatı keçirilib. 2 saat davam edən əməliyyat  MNX-ın Otorinolarinqologiya şöbəsinin plastik-cərrah İlyas Axundzadənin rəhbərliyi altında həyata keçirilib. Min yeni doğulmuş uşaqdan 1-2 də rast gələn natamam damaq yarığı (qurd ağızlılıq) diaqnozu ilə xəstəxanamıza müraciət edən 1 yaş 4 aylıq körpə pasiyent özünü yaxşı hiss edir və sabah evə buraxılacaq.

Azərbaycanda bu tip diaqnozdan əziyyət çəkən körpələrə bir neçə üsulla əməliyyat aparılır, bunlar SSRİ-nin dövründən tətbiq edilən von Langenbeck, Amerika və Avropada daha çox üstünlük verilən üsul Vean-Vardill-Kilner üsulu və bu sahədə ən son üsul Furloü metodlarıdır. Plastik-cərrah İ. Axundzadənin sözlərinə əsasən pasiyentlərin gələcəkdə nitq qüsurları ilə problemlərin yaranmaması üçün ilk əvvəl doğru üsul seçilməlidir, o isə diaqnoza əsaslanaraq seçilir. Sonuncu üsul çətin olsa da, digər əməliyyatlara nisbətən gələcəkdə bir çox fəsadların qarşısını alır. Furlow üsulu zamanı damaq toxumaları Z şəkilində yer dəyişdirilərək təkrardan tikilir və ən əsası damağı qaldıran əzələnin tamlığı daha etibarlı şəkildə bərpa olunur. Damaq əməliyyatları keçirilən uşaqlarda gələcəkdə nitq qüsurları kimi bəzi fəsadlar ortaya çıxa bilər, lakin bu üsulla aparılan əməliyyat bunlardan bir çoxunun qarşısını alır.

Qeyd etmək lazımdır ki, İ. Axundzadə Azərbaycanda ilk dəfə olaraq mikrocərrahi üsulla incik sümüyündən alt çənə rekonstruksiyası üzrə əməliyyata imza atıb, Avropa Plastik Estetik ve Rekonstruktiv Cərrahiyyə Şurasının Azərbaycandan hal-hazırda ilk və tək numayəndəsidir (Fellow of  EBOPRAS 2012).

Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev