Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının rəsmi saytı
QAYNAR XƏTT: (+994 12) 404 28 38
Azerice Türkçe русский English
  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Bizim məqsədimiz Sizin sağlamlığınızın qayğısına qalmaqdır!

  • Ümumi Məlumat
Neft kəşfiyyatçılarının birləşmiş xəstəxanası 1956-cı ildə yaradılıb. Çox tezliklə, bu şəfa ocağı bütövlükdə Azərbaycan neft sənayesi işçilərinin sağlamlığının qorunması sahəsində başlıca mərkəzə çevrildi. Bir necə il sonra burada yeni korpuslar tikildi, klinika keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verən bütün zəruri avadanlıqla təmin edildi.
Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası (MNX) inkişaf edərək, Avropanın istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksəlib. Mübahisəsiz demək olar ki, bu gün xəstəxanamız istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından ən müasir klinikalardan biridir.
Xəstəxanada baş verən kardinal struktur dəyişiklikləri bütün şöbələri əhatə edib. Belə ki, bu gün Xəstəxanada müasir dünya klinikaları üçün xarakterik olan bütün şöbələr:
  • Konsultativ Poliklinika
  • Təcili tibbi yardım xidməti
  • Ürək və damar xəstəlikləri şöbəsi
  • Cərrahiyyə və orqan transplantasiyası şöbəsi
  • Urologiya şöbəsi
  • Ginekoloji şöbə
  • Doğum şöbəsi
  • Otorinolarinqoloji şöbə
  • Oftalmoloji şöbə
  • Terapiya şöbəsi
  • Sənaye təbabəti xidməti
  • Fizioterapiya və tibbi bərpa şöbəsi
  • Hemodializ şöbəsi
  • Əməliyyat bloku
  • Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi
  • Xəstəxana xidmətləri, tibbi sığorta, standartlaşdırma və marketinq şöbəsi
  • Şüa diaqnostika şöbəsi
  • Laboratoriya
  • Qan köçürmə şöbəsi
fəaliyyət göstərir.

Konsultativ Poliklinikada aşağıda qeyd edilən yüksək ixtisaslı həkimlər həftənin 6 günü saat 8:00-dan 18:00-a qədər sizin xidmətinizdədir:
  • Allerqoloq
  • Cərrah
  • Dermatoveneroloq
  • Dalğıc işləri üzrə mütəxəssislər
  • Endokrinoloq
  • İnfeksionist
  • Mama-ginekoloq
  • Nevropatoloq
  • Nefroloq
  • Onkoloq
  • Otorinolarinqoloq
  • Oftalmoloq
  • Psixiatr
  • Pulmonoloq
  • Revmatoloq
  • Stomatoloq
  • Terapevt
  • Travmatoloq-ortoped
  • Uroloq
Xüsusilə qeyd etmək lazımdır ki, xəstəxananın elmi potensialı ildən-ilə yüksəlir, ən son texnologiyaları tətbiq edən, daxildə, xaricdə təhsil alan və bununla kifayətlənmiyən yüksək ixtisaslı mütəxəssislərimiz peşəkarcasına işin öhdəsindən gəlməklə, xəstəxananı ən yaxşı tibbi mərkəzlərdən birinə çeviriblər. Hazırda xəstəxanada 3 nəfər tibb elmləri doktoru, 25 nəfər tibb elmləri namizədi fəaliyyət göstərir. Son illər Türkiyə cümhuriyyətində uzmanlıq təhsili almış 14 nəfər azərbaycanlı mütəxəssis dəvət olunaraq işlə təmin edildi.
Digər klinikalara nisbətən bizim üstünlüyümüz daim inkişaf edən xəstəxana olmağımızdır. Bizi başqalarından fərqləndirən cəhətlər isə:
  • 24 saatlıq iş rejimi (bayram və istirahət günləri də daxil olmaqla)
  • Çox funksional tibbi mərkəz
  • Yüksək ixtisaslı tibbi personal
  • Qərb ölkələrində təhsil alan həkimlər, xaricdən dəvət olunan mütəxəssislər
  • Eksklüziv tibbi xidmətlər
  • Münasib qiymət siyasəti
  • Qərb istehsalı olan müasir tibbi avadanlıqlar
  • Çox  dilli Koordinasiya və Dispetçer Servisi
  • Pasiyentlərin telefon ilə planlı müalicə-diaqnostika proseduralara yazılması (appointment system)
  • Xüsusi Məlumat və Xəstələrin Qeydiyyatı Bazası (Otomasyon)
  • “TS EN ISO 9001:2008” beynəlxalq keyfiyyət sertifikatı və OHSAS təhlükəsizlik sistemlərin tətbiqi
Bizim əsas məqsədimiz xəstəxananın və tibbi personalın imkanlarından geniş istifadə edərək müraciət edən insanlara ən yüksək səviyyədə tibbi xidmətləri göstərmək və xəstəxana nəzdində illərlə yaranmış tibb məktəbini inkişaf etdirməkdir.
Xəstəxananın ən önəmli cəhətlərdən biri də Türk Standartları İnstitutu tərəfindən bütün dünyada qəbul edilən “TS EN ISO 9001:2008” beynəlxalq keyfiyyət idarəetmə sistemi standartı üzrə sertifikat ilə təltif olmasıdır. Türk Standartları İnstitutun mütəxəssisləri tərəfindən 2010-cu il 17-21 may tarixlərində müvafiq kurslar keçirilib. Həmin kurslarda xəstəxananın 19 nəfərlik tibb personalı iştirak edib. Mərkəzi Neftçilər Xəstəxanası bir sıra tenderlərdə iştirak edərək, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və daimi inkişaf kursuna nail olmaq məqsədi ilə beynəlxalq sertifikatlara yiyələnmək istiqamətində fəaliyyətini sürətləndirir.

Bizim məqsədimiz Sizin sağlamlığınızın  qayğısına qalmaqdır!
 
 
 

 
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev